...

Azərbaycan və Almaniya metrologiya sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 18:47 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Metrologiya İnstitutu niyyət protokolu imzalayıblar. Bu barədə çərşənbə günü Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan və Almaniya metrologiya sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Metrologiya İnstitutu niyyət protokolu imzalayıblar. Bu barədə çərşənbə günü Dövlət Komitəsindən məlumat verilib.

"Protokolda 2011-ci ildə metrologiyanın inkişafı sahəsində layihələrin həyata keçirilməsi şərtləri əks olunub", - məlumatda bildirilir.

Layihəyə əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kalibrləmə laboratoriyasının mütəxəssisləri üçün kursların keçirilməsi, əsas sənədlərin hazırlanması və laboratoriyaların Avropa İttifaqı ölkələrində akkreditə olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti