...

2010-cu ilin dekabrında Azərbaycanda nəqliyyat sektorunda daşıma tarifləri azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2011 17:09 (UTC +04:00)
2010-cu ilin dekabrında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri noyabra nisbətdə 2,8 faiz azalıb.
2010-cu ilin dekabrında Azərbaycanda nəqliyyat sektorunda daşıma tarifləri azalıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2010-cu ilin dekabrında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri noyabra nisbətdə 2,8 faiz azalıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Göstərilən dövrdə sərnişindaşıma tarifləri 1,8 faiz azalıb.

Ötən ilin dekabrında ölkə daxilində dəmiryol nəqliyyatı ilə yükdaşıma və digər ölkələrə göndərilmə üzrə tariflər müvafiq olaraq 4,6 və 1,8 faiz artıb. Ölkəyə gətirilən yüklər üzrə tariflər 5,2 faiz, tranzit yüklərin daşınması üzrə 0,1 faiz azalıb. Dekabrın yekunları üzrə ümumilkidə dəmiryol vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 4,4 faiz bahalaşıb.

Bununla yanaşı, ötən ilin dekabrında MDB ölkələrinə hava nəqliyyatı vasitəsilə yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma üzrə isə 2 faiz artıb. Uzaq xaricə sərnişindaşıma tarifləri isə 6,6 faiz ucuzlaşıb.

Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz aşağı düşüb. Bu dövrdə boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,4 faiz ucuzlaşıb.

Ötən ilin dekabrında avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 19,5 faiz, şəhərətrafı və şəhərdaxili yükdaşıma 19,8 faiz və işəmuzd tarif 15,3 faiz azalıb, bir saatlıq işə görə yükdaşıma tarifi isə 0,8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti