...

"Palmali" şirkətlər qrupunun rəhbəri fəxri mükafat alıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 20:45 (UTC +04:00)
Məşhur iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov ətraf mühitin mühafizəsi və bərpası, humanitar əməkdaşlıq, gənclərin təhsili, ümumilikdə elm və incəsənətin inkişafı sahəsində göstərdiyi xidmətlərə, eləcə də Türkiyədəki uğurlu fəaliyyətinə görə fəxri mükafata layiq görülüb.
"Palmali" şirkətlər qrupunun rəhbəri fəxri mükafat alıb (FOTO)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Məşhur iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov ətraf mühitin mühafizəsi və bərpası, humanitar əməkdaşlıq, gənclərin təhsili, ümumilikdə elm və incəsənətin inkişafı sahəsində göstərdiyi xidmətlərə, eləcə də Türkiyədəki uğurlu fəaliyyətinə görə fəxri mükafata layiq görülüb. Trend-in məlumatına görə, bu barədə "Palmali"nin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Palmali" şirkətlər qrupunun rəhbəri İstanbul Mədəniyyət Universitetinin Gənclər Klubu və internet saytı oxucularının "2010-cu ilin ən uğurlu adamı" mükafatına layiq görülüb.

Mənsimovla yanaşı, "Palmali" şirkətlər qrupunun inşaat və turizm üzrə vitse-prezidenti Kərəm Tunay da mükafat alıb.

Xəbər lenti

Xəbər lenti