...

Azərbaycanda qənnadı məhsulları istehsalçısının səhmlərinin 30 faizinin satışına dair müsabiqə elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2011 14:27 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Gəncə-Qənnadı" SC-nin səhmlərinin 30,03 faizinin satışına dair investisiya müsabiqəsi elan edib.
Azərbaycanda qənnadı məhsulları istehsalçısının səhmlərinin 30 faizinin satışına dair müsabiqə elan edilib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Gəncə-Qənnadı" SC-nin səhmlərinin 30,03 faizinin satışına dair investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.

Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər qənnadı və sənaye məhsullarının istehsalını, lazımi avadanlığın alışını və quraşdırılmasını nəzərdə tutan investisiya proqramını, eləcə də investisiya təklifinin 5 faizi dəyərində bank zəmanətini tqədim etməlidirlər. İddiaçılar dövlət büdcəsinə 550 min manatın ödənilməsi haqqında təklifləri təqdim etməlidirlər.

"Gəncə-Qənnadı" qənnadı məhsulların istehsalı ilə məşğul olur. Müəssisə Gəncə şəhəri, Şəmkir şosesi, 1 ünvanında yerləşir.

SC-nin nizamnamə kapitalı 5,288 milyon manat təşkil edir. Bu məbləğə hər birinin nominal dəyəri 2 manat olan 2 644 095 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 1,588 milyon manat olan 793 926 səhm təşkil edir.

2011-ci il aprelin 1-nə olan məlumata görə, müəssisənin 729,032 min manat, o cümlədən xammal, iş və xidmətlərə görə 268,657 min manat, əməkhaqqı üzrə 87,415 min manat borcu var. Müəssisə 1973-cü ildə istismara verilib.

İddiaçılar müsabiqənin şərti, özəlləşdirmə planı və əlavə məlumatı mayın 24-dək saat 10:00-dan 17:30-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20 ünvanında əldə edə bilərlər. Sənədlər və təkliflər 24 may saat 10:00-dan 17:30-dək qəbul edilir.

Təkliflərə müsabiqə komissiyası tərəfindən dövlət komitəsinin binasında 26 may saat 15:00-da baxılacaq.

Aprelin 23-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti