...

I rübün yekunları üzrə "Aqrarkredit"in mənfəəti 300 min manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 16:05 (UTC +04:00)
İlin birinci rübünün yekunları üzrə Azərbaycanın bank olmayan kredit təşkilatı (BOKT) "Aqrarkredit" QSC-nin mənfəəti 309,4 min manat təşkil edib.
I rübün yekunları üzrə "Aqrarkredit"in mənfəəti 300 min manatı ötüb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir N.İsmayılova/

İlin birinci rübünün yekunları üzrə Azərbaycanın bank olmayan kredit təşkilatı (BOKT) "Aqrarkredit" QSC-nin mənfəəti 309,4 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə QSC-nin bazar ertəsi rəsmi mətbuatda yayılan məlumatında bildirilir.

Apelin 1-nə olan məlumata görə, BOKT-nin aktivləri 27,2 milyon manat, kredit portfeli 16,9 milyon manat, məcmu kapitalı isə 19,7 milyon manat təşkil edib.

"Aqrarkredit" öz kreditləri hesabına kənd yerlərində 165 sahibkara 1,159 milyon manat məbləğində kredit verib. Eləcə də heyvandarlığın inkişafına 507 min manat, bitkiçiliyə 115,4 min manat, ticarət və xidmət sahəsinə 500 min manat, digər sahələrə 36,5 min manat yönəldilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən 30 kredit üçün 403 min manat ayrılıb.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) dəstəyi ilə həyata keçirilən ölkənin şimal-qərb regionlarının inkişafı layihəsi çərçivəsində bu ilin birinci rübündə "Aqrarkredit" 145 kredit üçün 380,2 min manat ayırıb.

IFAD-ın Azərbaycanda digər layihəsi olan ölkənin şimal-şərq regionlarının inkişafı layihəsi çərçivəsində 38 min manat məbləğində 12 kredit verilib.

"Aqrarkredit"in əsas səhmdarı 99,9 faiz səhmə malik olan Azərbaycan Maliyyə Nazirliyidir. Qalan hissə isə bərabər olaraq "Azərsığorta" dövlət sığorta şirkəti ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında bölüşdürülüb. 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, "Aqrarkredit" BOKT-nin nizamnamə kapitalı 18,5 milyon manat təşkil edib.

Aprelin 25-nə olan rəsmi məzənnə 0,7915 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti