...

Bank of Baku "Xaqani" filialı vasitəsilə kredit verilməsinin artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 16:38 (UTC +04:00)
Azərbaycan bankı Bank of Baku-nun "Xaqani" filialının fəaliyyətinin 5 ili tamam olub.
Bank of Baku "Xaqani" filialı vasitəsilə kredit verilməsinin artacağını gözləyir

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan bankı Bank of Baku-nun "Xaqani" filialının fəaliyyətinin 5 ili tamam olub. Bu müddət ərzində müştərilərin ümümi sayı 4 minə çatıb. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu müddət ərzində filial bir neçə il elektron şöbəsi kimi də fəaliyyət göstərib. Həmin dövr filialda və ümumiyyətlə, Azərbaycanda ilk dəfə olaraq Bank of Baku tərəfindən unikal Cash-in ödəmə aparatlarının geniş şəkildə quraşdırılması ilə nəticələnib. Ödəniş köşklərinin əsas üstünlüyü onların əhaliyə həftənin bütün günləri, 24 saat ərzində fasiləsiz olaraq bank xidmətlərinin göstərməsindədir. Bu isə öz növbəsində, bankın iş saatlarında banka gələ bilməyən işgüzar müştərilərinin rahatlığını təmin etmək deməkdir.

Son zamanlar isə şöbədə yaranan müştəri sıxlığını nəzərə alaraq, 2011-ci ilin aprel ayından etibarən şöbə yenidən filial statusunu alıb.

"Gündən-günə bankda müştərilərin ümumi sayının çoxalması ilə əlaqədar xidmət nöqtələrinin artırılmasına ehtiyac yarandı və "Xaqani" şöbəsinin filial kimi fəaliyyətini davam etdirməsinə qərar verildi. Burada müştərilər tərəfindən əsasən nağd pul kreditinə maraq göstərilir, həmçinin ətraf ərazidə çalışan tərəfdaş mağazalarda alış-veriş edən müştərilər də bizə müraciət edir", - bununla əlaqədar filial direktoru Elnur Ömərov bunları bildirib.

Direktorun sözlərinə görə, elektron şöbə müştərilərin elektron ödəniş sisteminə alışmaq üçün yaxşı bir imkan oldu və nəticədə hazırda müştərilərin əsas hissəsi ödənişlərini "Cash-in" ödəniş aparatları vasitəsilə həyata keçirir. "Aparatların olması işimizdə böyük yardımçıdır. Hazırda filialda artıq 2 "Cash-in" aparatı yerləşir və onların rolu filialın fəaliyyətində çox müsbətdir", - o deyib.

Digər tərəfdən Ömərov kollektivin qarşısında müəyyən bir məqsədlərin olduğunu vurğulayıb. "Bu ərazidə Bank of Baku-nun "Xaqani" filialından başqa daha 3 filialı var - "Mərkəz", "28 May" və "Azneft" filialları. Bir sözlə, filiallar araslnda da müəyyən bir rəqabət var. Beləliklə, hazırda bizim hər ekspertimizin kredit sənədləşdirməsi üzrə xidmət etdiyi müştərilərinin sayı 8-dir və biz bu rəqəmi 10-15-ə çatdırmağa çalışacağıq. Bu hədəf bizim üçün realdır və inanıram ki, biz buna yaxın bir zamanda nail olacağıq. Hazırda filialın 8 əməkdaşı var. Müştərilərimizin ümümi sayı isə 4 minə yaxındır. Filial kimi fəaliyyətə başlanandan verdiyimiz kreditlərin sayı 300-dən çoxdur, məbləği 200 000 manat təşkil edir", - o deyib.

1 aprel 2011-ci il tarixinə olan göstəricilərə əsasən, "Xaqani" filialının depozit portfeli 4 milyon manata çatıb.

Bank of Baku-nun "Xaqani" filialı Xaqani, 2/Mərdanov qardaşları, 8 küçələrinin kəsişməsində (S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə üzbəüz) ünvanında xidmət göstərir.

Mayın 18-nə olan rəsmi məzənnə 0,7905 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti