Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Parabank"ın faizli, adlı, sənədsiz, təminatsız istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi komitənin yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olmaqla 10 min istiqraz dövlət qeydiyyatına alınıb. Beləliklə, emissiyanın həcmi 10 milyon manat təşkil edir.
"Parabank" 1991-ci ildə kommersiya bankı kimi yaradılıb. Azərbaycanın ilk kommersiya banklarından biri olan "Parabank" yarandığı dövrdən öz müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyulundan "Parabank" ASC Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Avqstun 22-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.