...

Azərbaycanda ilin əvvəlindən təqribən 160 ton keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 18:31 (UTC +04:00)
Yanvar-avqust aylarında Azərbaycanda saxlama müddəti ötmüş, normativ sənədlərin tələblərinə uyğun olmayan 158,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda ilin əvvəlindən təqribən 160 ton keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir N.İsmayılova/

Yanvar-avqust aylarında Azərbaycanda saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 158,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Trend-in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Qusarda keçirilən "İstehlakçıların hüquqlarının qorunması: reallıqlar, perspektivlər" adlı konfransda deyib.

"İnzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 776,3 min manat cərimə edilib", - o bildirib.

Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 204,3 min manat maliyyə sanksiyası tətbiq olunub.

Tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Qusar rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə qədər istehlakçı iştirak edib.

Sentyabrın 16-na olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti