Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın "Milli Kart" MMC prosessinq mərkəzi xarici valyutadakı müxbir hesablarının köməyi ilə xidmət göstərilən banklar arasında xarici valyutadakı kart ödənişləri üzrə klerinqin həyata keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mərkəzin məlumatında deyilir.
Məlumata görə, avqustun 20-də Azərbaycan Mərkəzi Bankı, "Milli Kart" MMC və eləcə də MMC-nin xidmət göstərdiyi banklar arasında saziş imzalanıb. Mərkəzi Bankda MMC-də xarici valyutadakı müxbir hesablarının köməyi ilə xidmət göstərilən banklar arasında xarici valyutadakı kart ödənişləri üzrə klerinqin həyata keçirilməsi üzrə hesab açılıb.
AMB MMC-nin klirinqin nəticələrindən əldə olunan əsas üzrə bankların müxbir hesablarında nxarici valyutada pul vəsaitlərinin gündəlik silinməsini aparır.
Mərkəzi Bank tərəfindən kart ödənişləri üzrə xarici valyutada klirinq keçirilməsi banklararası hesablaşmalar zamanı yaranan riskləri aradan qaldırır, eləcə də maliyyə xərclərini azaldır və klirinqin keçirilməsi vaxtını azaldır.
Bu gün "Milli Kart" MMC-də 200-dən artıq bankomatın, 2000 Pos-terminalın və 170 000-dən artıq kartın buraxıldığı 13 banka xidmət göstərilir.