Azərbaycan, Bakı, 26 oktyabr / Trend müxbir N.İsmayılova/
Beynəlxalq Valyuta Fondu (BVF) 2011-ci ildə Azərbaycanın qeyri-neft ÜDM-də 9 faizlik artım olacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə BVF-nin "Regional iqtisadiyyatların inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" adlı hesabatında deyilir. Hesabat çərşənbə günü fondun rəsmi saytında dərc olunub.
Hesabatda deyildiyi kimi, 2012-ci ildə ölkənin qeyri-neft ÜDM-də artım 6,2 faiz səviyyəsində gözlənilir. 2010-cu ildə bu göstərici 7,6 faiz təşkil edib.
2011-ci ildə Azərbaycanda nominal ÜDM 68,5 milyard dollar, 2012-ci ildə 80,8 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
2010-cu ildə bu göstərici 54,4 milyard dollar təşkil edib.
BVF-nin proqnozlarına görə, 2011-ci ildə neft ÜDM-i 8,1 faiz azalıb, 2012-ci ildə isə 8,2 faiz artacaq. 2010-cu ildə bu göstərici 4,9 faiz artıb.
BVF-nin proqnozlarına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in ümumi artımı 0,2 faiz təşkil edəcək.
2012-ci ildə ÜDM-də artım 7,1 faiz səviyyəsində proqnozlaşdırılır. Valyuta Fondunun proqnozlarına görə, 2011-ci ildə Azərbaycanda inflyasiya 9,3 faiz səviyyəsində olacaq, 2012-ci il üçün isə 10,3 faiz həddində proqnozlaşdırılıb.
Bir müddət əvvəl Asiya İnkişaf Bankı da (AİB) Azərbaycanın ÜDM-inin artım proqnozlarına və 2011-ci və 2012-ci illər üçün inflyasiya gözləntilərinə yenidən baxıb. AİB-in "Asiyanın inkişafını yenilənmiş icmalı -2011" adlı illik iqtisadi nəşrində deyildiyi kimi, bank Azərbaycan üçün 2011-ci ildə üç faizlik, 2012-ci ildə isə 4,5 faiz səviyyəsində artım proqnozlaşdırır. AİB Azərbaycan üçün inflyasiya proqnozlarının əvvəlki səviyyədə - 2011-ci il üçün 7,5 və 2012-ci il üçün 7 faiz səviyyəsində saxlayıb.
Azərbaycan hökuməti 2011-ci ildə ÜDM-in real artım sürətini 0,9 faiz, qeyri-neft ÜDM-nin 10 faiz səviyyəsində; neft ÜDM-nin isə 8,7 faiz azalacağını proqnozlaşdırır. ÜDM-in nominal həcmi bu il üçün məzənnə hesabına görə bir ABŞ dollarına görə 0,79 manat, inflyasiyanın 9,8 faiz səviyyəsində olacağı gözlənilıir.
2010-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM-nin artım sürəti beş faiz, qeyri-neft sektoru 7,9 faiz təşkil edib. Bu il istehlak qiymətlərinin indeksi 2010-cu ildəki 5,7 faizə qarşı 7-8 faiz təşkil edib.
Azərbaycan hökumətini proqnozlarına görə, 2012-ci il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası layihəsi çərçivəsində ÜDM-in real artım sürəti 5,7 faiz, qeyri-neft sektorunda ÜDM-in artımı 8,6 faiz, neft ÜDM-inin artımı 1,5 faiz səviyyəsində proqnozlaşdırılır. İnflyasiyanın 6 faiz səviyyəsində olacağı gözlənilir. Ölkə ÜDM-i ötən il üzrə məzənnə hesabı üzrə (bir dolların 0,79 manat nisbəti ilə) 55,1 milyard dollar həcmində proqnozlaşdırılır.