...

Azərbaycanda biletlərin yeni onlayn-satış sistemi öz effektivliyini göstərir – ADY

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 17:04 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin xidmətlərindən istifadə edən sərnişinlər bu yaxınlarda tətbiq edilən biletlərin yeni onlayn-satış sistemindən uğurla faydalanırlar.
Azərbaycanda biletlərin yeni onlayn-satış sistemi öz effektivliyini göstərir – ADY

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC-nin xidmətlərindən istifadə edən sərnişinlər bu yaxınlarda tətbiq edilən biletlərin yeni onlayn-satış sistemindən uğurla faydalanırlar. Bu barədə Trend-ə çərşənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, yeni sistem öz effektivliyini göstərir, heç bir nasazlıq və problem olmadan işləyir.

"Sərnişinlər yeni sistemdən yetərincə istifadə edirlər, o cümlədən, indiyədək yeni sistem vasitəsilə biletlərin bronlaşdırılmasından iki minə yaxın sərnişin keçib", - Əzməmmədov qeyd edib.

"Azərbaycan Dəmir Yolları" QSC daxili və xarici sərnişin reyslərində biletlərin onlayn-satışına bu il noyabrın 21-dən başlayıb.

Biletləri onlayn rejimdə www.railway.gov.az internet saytı vasitəsilə "Onlayn bilet" bölməsində əldə etmək olar. Alınan biletlərin ödənişini plastik kartlardan istifadə etməklə həyata keçirmək olar. Biletləri onlayn rejimdə qatarın gəlişinə iki saat qalmış sifariş etmək olar. Sərnişin qatarın yola düşməsinə bir saat qalmış bileti əldə etmək üçün sifarişi təsdiqləyən sənəd və ya şəxsiyyət vəsiqəsi ilə kassaya yaxınlaşmalıdır.

Xəbər lenti

Xəbər lenti