...

2011-ci ildə Azərbaycanın sosial-iqtisadi göstəricilərini qənaətbəxş hesab etmək olar - millət vəkili

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 18:45 (UTC +04:00)
2011-ci ildə digər ölkələrin göstəriciləri ilə müqayisədə Azərbaycanın sosial-iqtisadi göstəricilərini qənaətbəxş hesab etmək olar.
2011-ci ildə Azərbaycanın sosial-iqtisadi göstəricilərini qənaətbəxş hesab etmək olar - millət vəkili

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Axundov/

2011-ci ildə digər ölkələrin göstəriciləri ilə müqayisədə Azərbaycanın sosial-iqtisadi göstəricilərini qənaətbəxş hesab etmək olar. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib.

Yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxışı zamanı Prezident bildirib ki, 2011-ci ildə ölkənin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla yerinə yetirilib.

Məsimlinin sözlərinə görə, 2008-ci ildə başlayan və bir sıra ölkələrdə davam edən dünya iqtisadi böhranının ikinci dalğası həmin ölkələrin iqtisadiyyatının real, maliyyə, sosial sahələrinə dağıdıcı təsir edir.

"Azərbaycan 2008-ci il böhranından az itki ilə çıxdı və dünya iqtisadiyyatının azalması fonunda ÜDM-də 9 faizlik artım nümayiş etdirdi. 2010-cu ildə iqtisadiyyatın artımı 5 faiz təşkil edib, 2011-cu ildə artım tempi 0,1 faizə qədər enib. Bu tendensiyaya diqqət yetirsək, beynəxalq göstəricilərlə müqayisədə Azərbaycanın göstəriciləri qənaətbəxş hesab oluna bilər", - o deyib.

Bununla yanaşı, 2011-ci ildə iqtisadiyyatın qeyri-neft sektorunun 9,4 faiz artması müsbət amildir.

Məsimlinin sözlərinə görə, 2011-ci ildə infrastruktur sahəsində böyük iş görülüb. O, sosial infrastrukturun inkişafını, bu sahədə qısamüddətli layihələrin həyata keçirilməsini müsbət qiymətləndirib.

Əgər 2010-cu ildə ölkə iqtisadiyyatına 17,6 milyard dollar sərmayə qoyulubsa, ötən il ilk dəfə olaraq bu rəqəm 20 milyard dollar olub. Bu, ölkəyə sərmayə qoymağa davam edən xarici investorların Azərbaycana etimad göstərməsindən xəbər verir.

"İşsizliyin azaldılması üzrə də tədbirlər görülüb, halbuki işsizlik region ölkələrində hələ də ciddi problem olaraq qalır", - o deyib.

2011-ci ildə 94 min yeni iş yeri açılıb, onlardan 73 mini daimidir. Ümumilikdə 2003-cü ildən etibarən indiyə qədər 1 milyondan çox yeni iş yeri açılıb. 2011-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,4 faizə enib.

Xəbər lenti

Xəbər lenti