...

Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 17:41 (UTC +04:00)
Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb.
Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 25, 1978-ci məhəllədə Albina Yefimovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Bütün qadın mallarına 50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan qadın mallarına heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti