...

Bakı Beynəlxalq Avtovağzalı adi iş rejimini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 14:02 (UTC +04:00)
Əlverişsiz hava şəraiti səbəbindən Bakı Beynəlxalq Avtovağzalının fəaliyyəti tədricən normallaşır.
Bakı Beynəlxalq Avtovağzalı adi iş rejimini bərpa edir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

Əlverişsiz hava şəraiti səbəbindən Bakı Beynəlxalq Avtovağzalının fəaliyyəti tədricən normallaşır. Bu barədə cümə günü Trend-ə avtovağzaldan məlumat veriblər.

Məlumata əsasən, bu gün praktiki olaraq daxili şəhərlərarası reyslərdə işləyən bütün avtobuslar xəttə çıxıb.

"Lakin buna baxmayaraq, avtobusların xidmətindən istifadə etmək istəyən sərnişinlərin sayı hələ də azdır", - avtovağzaldan deyiblər.

Beynəlxalq reyslərin, xüsusən Rusiya istiqamətində reyslərin göndərilməsinə gəlincə, avtovağzaldan bildiriblər ki, hələlik bu reyslər həyata keçirilmir ki, bu da sərnişinlərin sayının azalması ilə izah edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti