...

Azərbaycan özəl sektorun bərk məişət tullantılarının idarəsində iştirak etməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 15:14 (UTC +04:00)
Bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın əsas tərkib hissələrindən biri bu prosesə özəl şirkətlərin cəlb edilməsi olacaq.
Azərbaycan özəl sektorun bərk məişət tullantılarının idarəsində iştirak etməsində maraqlıdır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/

Bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın əsas tərkib hissələrindən biri bu prosesə özəl şirkətlərin cəlb edilməsi olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev bildirib.

"Hazırda hökumət Balaxanı poliqonu yaxınlığında təkrar emal üzrə sənaye parkının yaradılması ilə bağlı iş aparır. Belə parkın yaradılması təkrar emal sahəsində özəl sektorun inkişafına böyük stimul olacaq", - Babayev qeyd edib.

Onun sözlərinə görə, ölkədə tullantıların toplanması və zərərsizləşdirilməsi sahəsində dövlət və özəl sektor arasında əməkdaşlıq üzrə layihələrin həyata keçirilməsi üçün baza yaradılacaq.

"Bu baza həm yerli, həm də xarici investorlar üçün açıqdır", - Babayev deyib.

Xəbər lenti

Xəbər lenti