...

Bakı Metropolitenində reklam monitorlarının sayı artırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 12:58 (UTC +04:00)
Bakı Metropoliteninin stansiyalarında reklam xidmətləri göstərən A-Media şirkəti reklam monitorlarının sayını artırır. Bu günə qədər, bütün stansiyalarda 70-də artıq monitor yerləşdirilib.
Bakı Metropolitenində reklam monitorlarının sayı artırılır

Bakı Metropoliteninin stansiyalarında reklam xidmətləri göstərən A-Media şirkəti reklam monitorlarının sayını artırır. Bu günə qədər, bütün stansiyalarda 70-də artıq monitor yerləşdirilib.

Yaxın günlərdə isə həmin monitorların sayının 100-ə çatdırılması planlaşdırılır. Belə ki, artıq reklam monitorları tək stansiyalarda deyil, eyni zamanda, ödəniş aparatlarının üzərində, foyelərdə və metropolitenin digər ərazilərində olacaq.

Monitorların sayının artırılması reklam verən biznes strukturları üçün daha geniş imkanlar yaradır. Çünki, müasir dövrdə şirkətlər xidmətlərini və mallarını satmaq üçün istehlakçı ilə birbaşa əlaqəyə üstünlük verir. Monitorların sayının artırılması istehsalçı ilə stehlakçı arasında olan birbaşa təması daha da effektiv edəcək.

"A Media" reklam agentliyinin təqdim etdiyi xidmət sayəsində potensial alıcının metroda gözləmə vaxtı hər hansı bir şirkətin reklamını izləməklə keçir və nəticədə satış göstəriciləri artan templə inkişaf edir. Beləliklə də, reklam verən şirkət mükəmməl nəticə əldə edir.

Bakı sakinlərin 50%-i metroya üstünlük verir, onlardan 30%-i isə metropoliten xidmətlərindən gün ərzində iki dəfə istifadə edir.

Rəsmi məlumatlara görə, Bakıda təxminən 2,4 mln. əhali yaşayır. Bu isə o deməkdir ki, şirkətin monitorlarında yerləşdirilmiş informasiyaları hər gün 1 milyona yaxın insan görə bilər.

Rəyi soruşulanların yadında qalmaq və onlara nəyin təsir etməsi barədə sorğu keçirilərkən sərnişinlərin əksəriyyəti LCD monitorlar vasitəsilə translyasiya edilən reklamları göstərmişlər. Sorğular nəticəsində məlumdur ki, sərnişinlərin 70 %-i reklam çarxlarını bəyənir və bu orada olan məlumat poster və plakatlardan daha effektlidir.

Xəbər lenti

Xəbər lenti