...

Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edir - Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdir müavini Nemət Xuduzadə əmək bazarında vəziyyətə həsr edilmiş seminarda bildirib.

"Əgər 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub", - Xuduzadə deyib.

İşsizlik statusu almış şəxslərin ümumi sayı 56 343-dən (2005-ci il) 38 330 nəfərədək (2011-ci il) azalıb.

İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb.

2010-cu ildə dövlət qulluqçularının sayı 28 648 nəfər təşkil edirdisə, 2011-ci ildə onların sayı 2140 nəfər azalaraq 26 500 nəfər olub.

Xəbər lenti

Xəbər lenti