...

Tbilisidə regional ticarətə yardım üzrə konfrans öz işinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 10:05 (UTC +04:00)
Bu gün Tbilisidə ABŞ-ın təşəbbüsü ilə regional ticarətə yardım üzrə ikigünlük konfrans açılır.
Tbilisidə regional ticarətə yardım üzrə konfrans öz işinə başlayır

Gürcüstan, Tbilisi, 13 iyun /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Tbilisidə ABŞ-ın təşəbbüsü ilə regional ticarətə yardım üzrə ikigünlük konfrans açılır.

Tədbirin təşkilatçıları Gürcüstan Gəlirlər Xidməti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Regional Rəqabət Təşəbbüsü (RCI), İqtisadi Təkan Təşəbbüsü (EPI) və BMT-nin Avropa İqtisadi Komissiyasıdır (UNECE).

EPI-dən Trend-ə bildiriblər ki, tədbirin məqsədi təcrübə mübadiləsi, habelə Qafqaz və Qara dəniz regionlarında ticarətin inkişafına kömək edəcək müasir texnologiyaların müzakirəsidir.

Konfransda Gürcüstan, Ermənistan, Azərbaycan və Ukraynanın həm dövlət strukturları, həm də özəl sektorunun nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti