...

"DəmirBank"ın Yasamal filialının yeni ofisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 15:53 (UTC +04:00)
"DəmirBank" yeni ünvanda fəaliyyətini davam etdirən Yasamal filialının ofisinin rəsmi açılış mərasimini keçirib.
"DəmirBank"ın Yasamal filialının yeni ofisi açılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

"DəmirBank" yeni ünvanda fəaliyyətini davam etdirən Yasamal filialının ofisinin rəsmi açılış mərasimini keçirib.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Bəsti Bağırova küç., 607-609-cu məhəllə ünvanında (Pediatriya İnstitutu (OMD) və Dövlət Statistika Komitəsinin yaxınlığında) yerləşən Yasamal filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

"DəmirBank filial şəbəkəsinin inkişafı üçün bir çox davamlı işlər həyata keçirir. DəmirBank son 2 ilə yaxın müddətdə 9 filialını yeni ofislərə köçürüb və daha 2-3 filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat ofislərə köçürülməsi, yeni korporativ üslubda interyer tərtibat və təmir işləri bankın müştəri xidmətinin keyfiyyətinə verdiyi önəmi əks etdirir", - bankın idarə heyəti sədrinin 1-ci müavini Mərdan Şıxəliyev bildirib.

Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti