...

Bakı Fond Birjasında “Azərenerji” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2012 17:13 (UTC +04:00)
5 sentyabr 2012-ci il tarixindən etibarən Bakı Fond Birjasında "Azərenerji" ASC-nin (ölkədə elektrik enerjisinin paylanması və istehsalı) ümumi dəyəri 200,46 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
Bakı Fond Birjasında “Azərenerji” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılır

Azərbaycan, Bakı, 4 sentyabr / Trend, müxbir A.Axundov/

5 sentyabr 2012-ci il tarixindən etibarən Bakı Fond Birjasında "Azərenerji" ASC-nin (ölkədə elektrik enerjisinin paylanması və istehsalı) ümumi dəyəri 200,46 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə BFB-in çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 10,023 milyon səhm buraxılıb. Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 1,56 milyard manatdan 1,76 milyard manatadək artırılacaq.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində " Çelsi Kapital" MMC çıxış edir.

Xəbər lenti

Xəbər lenti