...

Keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 534 milyon dollardan çox vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 17:26 (UTC +04:00)
2012-ci il oktyabrın 1-nə olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 419,572 milyon manat ödəyib.
Keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 534 milyon dollardan çox vəsait ödənilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir C.Nəsibova/

2012-ci il oktyabrın 1-nə olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 419,572 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "Kapital Bank"ın idarə heyəti sədrinin müavini Araz Əliyev bildirib.

Birdəfəlik ödənişlərin verilməsinə iyunun 1-dən başlanılıb.

"Hesabat dövründə bankın xidmət məntəqələrinə 1,151 milyondan artıq müraciət daxil olub. Bu müddət ərzində 1 milyon 32 min 909 əmanətçiyə 419,572 milyon manat vəsait ödənilib", - Əliyev deyib.

"Oktyabrın 1-dən Bakıda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin Azərbaycanın işğal olunmuş ərazilərində və Naxçıvan Muxtar Respublikasında yerləşən filiallarında əmanətlərə malik olan şəxslərə birdəfəlik fərdi ödənişlərin verilməsi məntəqəsi fəaliyyətə başlayıb", - o bildirib.

144 saylı məntəqə Bakıda Xaqani küçəsi, 51 ünvanında yerləşir.

Onun sözlərinə görə, bundan başqa, ödəniş mərkəzi 1990-91-ci illərdə öz hesablarını bankın bir filialından digərinə köçürmüş və 1992-ci il yanvarın 1-i üzrə əmanətləri AzSSR Əmanət Bankının heç bir filialında qeydiyyata alınmayan şəxslərin problemlərinin həlli ilə məşğul olur.

"Hazırda biz arxivlərdəki sənədləri öyrənirik və gələcəkdə bu şəxslərə ödənişlərin həyata keçirilməsi mümkündür", - Əliyev deyib.

Onun sözlərinə görə, birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinin gedişi normal qiymətləndirilir və proses vaxtından əvvəl başa çata bilər.

Bankın nəzdindəki Əmanətçilərə birdəfəlik fərdi ödənişlər mərkəzlərinin sayı 143-dür. Onlardan 65-i Bakıda, 78-i isə respublikanın regionlarında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti