...

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2014-cü ilin birinci rübündə başa çatacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 12:09 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması layihəsinin birinci mərhələsi yekunlaşmaq üzrədir.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2014-cü ilin birinci rübündə başa çatacaq (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Tağıyeva/

Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması layihəsinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresində bildirib.

"Layihənin birinci mərhələsini 29,2 kilometr uzunluğunda sahənin bərpası, yenidən qurulması və tikintisi üzrə işlər təşkil edir", - Əsgərov deyib.

Onun sözlərinə görə, habelə layihənin reallaşdırılmasının ikinci mərhələsi üzrə işlər davam edir, üçüncü mərhələ çərçivəsində isə Axalkalaki stansiyasının və Gürcüstanı Türkiyə ilə birləşdirən tunelin tikintisinə başlanılıb.

"İkinci mərhələdə 49,7 kilometr uzunluğunda Tetritskaro-Tsalka sahəsində işlər, üçüncü mərhələdə isə 74,1 kilometr uzunluğundakı Tsalka-Axalkalaki sahəsində işlərin görülməsi nəzərdə tutulur. Hazırda birgə müəssisənin yaradılması üzrə işlər aparılır", - Ələsgərov bildirib.

O, qeyd edib ki, yeni dəmir yol xəttinin yaradılması üzrə işlərin 2014-cü ilin birinci rübündə tam başa çatdırılması planlaşdırılır.

Habelə Qars-Naxçıvan marşrutu üzrə dəmir yolunun çəkilməsi işləri görülür.

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti