...

Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə vaqonların sayının azaldılmasının səbəbləri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 14:16 (UTC +04:00)
Azərbaycanda müxtəlif dəmir yolu marşrutları üzrə vaqonların sayının azaldılması və ya ləğv edilməsinin əsas səbəbi sərnişin axınının azlığı ilə izah edilir.
Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə vaqonların sayının azaldılmasının səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda müxtəlif dəmir yolu marşrutları üzrə vaqonların sayının azaldılması və ya ləğv edilməsinin əsas səbəbi sərnişin axınının azlığı ilə izah edilir. Bu barədə çərşənbə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib.

"Az sərnişin axını olan zaman müvafiq təhlildən sonra qatarların sayının azaldılması barədə qərar qəbul edilir, iqtisadi baxımdan məqsədəyğun olmadığı təqdirdə isə marşrut tam ləğv edilir", - Əsgərov qeyd edib.

Onun sözlərinə görə, bəzi dəmir yol marşrutları üzrə sərnişin axınının azalmasının səbəbi yenidənqurma və müasirləşmə işləridir. Bu işlər son illər avtomobil yollarında aparılır ki, bu da sərnişinlərin avtomobil nəqliyyatına üstünlük verməsinə şərait yaradır.

Lakin buna baxmayaraq, perspektivdə dəmir yolları sərnişin axınının artımını gözləyir. Belə ki, dəmir yolu təsərrüfatının yenilənməsi və müasirləşdirilməsi üzrə aparılan işlər nəticəsində qatarların sürəti artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti