...

"Unibank" İmişlidə filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 14:38 (UTC +04:00)

"Unibank"ın daha bir filialı fəaliyyətə başladı. İmişli şəhəri, Heydər Əliyev prospekti 111A ünvanında (bazarın girişində) fəaliyyətə başlayan "İmişli" filialı, rayon əhalisinin yüksək və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.

Bankın yeni xidmət nöqtəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Müasir üslubda qurulan yeni filialın bütün əməkdaşları ixtisaslaşdırılmış hazırlıq keçiblər. Filial şəbəkəsinin genişləndirilməsi "Unibank"ın strategiyasının əsas istiqamətlərindən biridir. Bununla da "Unibank" dövlət səviyyəsində həyata keçirilən regionların sosial-iqtisadi inkişafına öz dəstəyini verir. "Unibank"ın İsmayıllı filialı bölgə əhalisinə sərfəli və keyfiyyətli bank xidməti imkanı yaratmaqla yanaşı, verilən kreditlər hesabına bölgədə yeni-yeni uğurlu biznes layihələrinin reallaşmasına da təkan verəcək.

"Unibank"ın yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyasından artıq İmişli sakinləri də faydalana biləcək. Yanvarın 13-dək davam edəcək bu kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3% -dən artıq endirimlə nağd kredit götürə biləcək. Minimal məbləği 300 AZN olan arayışsız kreditin maksimal məbləği 5000 AZN-dir. Kreditin müddəti 3-30 aydır. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər

Artıq "Unibank"ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti