...

2012-ci ildə keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 700 milyon dollardan çox vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2013 13:49 (UTC +04:00)
2012-ci ilin sonuna olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 554,7 milyon manat ödəyib.
2012-ci ildə keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 700 milyon dollardan çox vəsait ödənilib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A. Axundov/

2012-ci ilin sonuna olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 554,7 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Kapital Bank"ın İdarə Heyətinin sədri Elmar Məmmədovun rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.

"Ödənişlər əmanətçilərin 1,45 milyon hesabı üzrə həyata keçirilib, eyni zamanda daha 30,5 min hesab üzrə ödənişlərin verilməsinə icazə verilib", - Məmmədov qeyd edib.

Birdəfəlik ödənişlərin verilməsi iyunun 1-dən başlayıb və 144 məntəqədə həyata keçirilir, bunlardan 78-i ölkənin bölgələrində yerləşir.

"Belə ki, bu 144 məntəqə əsasən, sənədlərin qəbulu üçün istifadə edildiyinə görə onlar ləğv ediləcək. Bundan sonra əmanətçilər istənilən məsələyə dair bankın müvafiq filialına müraciət edə biləcəklər", - Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti