...

"Bank of Baku" Bolkart-ın imkanlarını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 12:39 (UTC +04:00)
Bolkart sahiblərinə yeni məhsul və xidmətlər təklif etmək strategiyasına sadiq qalan "Bank of Baku" kart sahibləri üçün misilsiz bir fürsət təqdim edir.
"Bank of Baku" Bolkart-ın imkanlarını genişləndirir

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Bolkart sahiblərinə yeni məhsul və xidmətlər təklif etmək strategiyasına sadiq qalan "Bank of Baku" kart sahibləri üçün misilsiz bir fürsət təqdim edir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 14 fevral 2013-cü il tarixində Bolkart ilə hər hansı məhsul almış kart sahibi onun dəyərini 14 ay ərzində ödəyə bilər. "İndi al, 1 aya ödə" ödəmə imkanlı ticarət obyektlərindən başqa, bu kampaniya digər ödənişli (3, 6, 12 ay) bütün mağaza və dükanlarda keçərlidir.

Bu gün Bolkart-la ölkəmizin 500-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bu günlərdə isə, Bolkart əldə edən şəxslərin sayı 60.000-nə yaxınlaşıb. Bolkart-ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Bolkart-ın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti