Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E. İsmayılov/
Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmir yolunun yaradılması layihəsi çərçivəsində işlər planlaşdırılan qrafikə uyğun aparılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov layihə çərçivəsində işlərin dayandırılması ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi 2013-cü il ərzində işlərin maliyyələşdirilməsi ilə bağlı büdcəni təsdiqləyib və bütün işlər əvvəlcədən planlaşdırılan qrafik üzrə gedir.
"Bütün işlər qrafikə uyğun şəkildə gedir və 2013-cü ilin sonuna kimi yekunlaşdırılmalıdır", -Əsgərov vurğulayıb.