...

Növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun keçiriləcəyi yer və tarix müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2013 13:42 (UTC +04:00)
İqtisadiyyat nazirlərini və iş adamlarını bir araya gətirəcək növbəti - IV Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu oktyabrda Batumidə keçiriləcək.
Növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun keçiriləcəyi yer və tarix müəyyənləşib

Azərbaycan, Qəbələ, 25 may /Trend, müxbir A.Axundov/

İqtisadiyyat nazirlərini və iş adamlarını bir araya gətirəcək növbəti - IV Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu oktyabrda Batumidə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri naziri Georgi Kvirikaşvili şənbə günü Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunda çıxışı zamanı bildirib.

İlk biznes forum Tbilisidə, ikincisi isə Qarsda baş tutub.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan və Türkiyə Gürcüstanda investisiya portfelini əhəmiyyətli dərəcədə artırıb. İnvestisiya qoyuluşunun davam etdirilməsi üçün böyük imkanlar var və Gürcüstan belə əməkdaşlıq üçün açıqdır: "Bizim hökumətimizin əsas məqsədi gələcəkdə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sadələşdirilməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti