...

Georgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsinə heç nə mane ola bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2013 14:49 (UTC +04:00)
Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsinə heç nə mane ola bilməz.
Georgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsinə heç nə mane ola bilməz

Azərbaycan, Qəbələ, 25 may /Trend, müxbir A.Axundov/

Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsinə heç nə mane ola bilməz. Trend-in məlumatına görə, bu barədə Qəbələdə jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili layihənin reallaşdırılmasının ləngiməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Kvirikaşvili deyib ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan üçün ən vacib layihələrdən biridir. Gürcüstan hökuməti hesab edir ki, layihə mütləq davam etdirilməlidir: "Texniki problemlər var idi. Layihənin Gürcüstan parlamentində dəqiqləşdirilən koordinatları ilə bağlı problemlər var idi. Artıq Axalkalaki stansiyasının tikintisi üzrə işlər gedir. Bir neçə gündən sonra Türkiyə və Gürcüstanı birləşdirəcək tunelin tikintisi üzrə işlər davam etdiriləcək. Vurğulamaq istərdim ki, layihə strateji xarakter daşıyır. Heç bir problem bu layihənin reallaşdırılmasına mane ola bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti