...

“DəmirBank” yeni terminallar vasitəsilə kredit ödənişini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 11:01 (UTC +04:00)
“DəmirBank” həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə yeni ödəniş terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb.
“DəmirBank” yeni terminallar vasitəsilə kredit ödənişini təklif edir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Əliyev/

"DəmirBank" həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə yeni ödəniş terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb. Bankın filiallarının fasad hissəsində quraşdırılan terminallarda istənilən vaxtı kredit ödəmək mümkündür.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, bunun üçün müştəri ekranda "Kredit ödənişi" düyməsini seçdikdən sonra, müvafiq kreditini qeyd edərək ödənişi həyata keçirə bilər. Terminallardan istifadə ilə bağlı ekranda müştərilər üçün zəruri təlimat xarakterli məlumat verilir. Bununla belə, müştərilər ödəmə terminalından ilk dəfə istifadə etdikdə yaranan suallarla bağlı Bankın əməkdaşlarına müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, "DəmirBank"ın müştəriləri həmçinin 1000-dək Milli Ön (PayPoint) terminalları ilə də kredit ödəyə bilərlər.

"DəmirBank" üçün prioritet sahələrdən biri müştəri xidməti keyfiyyətinin artırılmasıdır. Bu sahədə filial əməkdaşları üçün müxtəlif treninqlər keçirilib, Bankın 12 filialı yeni daha geniş və rahat ofislərə köçürülüb, filiallarda Q-Matic elektron növbə sistemi tətbiq edilir və sair işlər həyata keçirilir. Bank müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir.

Ölkənin ilk kommersiya bankı olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti