...

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstan-Türkiyə sərhədində tunelin tikintisinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2013 13:35 (UTC +04:00)
Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan-Türkiyə sərhədində tunelin tikintisinə başlanılacaq.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstan-Türkiyə sərhədində tunelin tikintisinə başlanılır

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A. Axundov/

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində Gürcüstan-Türkiyə sərhədində tunelin tikintisinə başlanılacaq.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

"Gürcüstan ərazisində tikiləcək və sahəni Türkiyə ərazisilə birləşdirən tunelin tikintisinə başlamaq üçün sahəyə maşın-mexanizm gətirilib. Yaxın vaxtda tikinti işlərinə başlanması planlaşdırılır".

A. Əsgərov bildirib ki, nəzərdə tutulan ərazidə tikinti aparılan zaman sahənin Gürcüstan ərazisində torpaq sürüşmələri olan yerlər aşkar edilib və buna görə də Gürcüstanı Türkiyə ilə birləşdirəcək tunelin yeri dəyişdirilib: "Nəticədə tunelin uzunluğu layihədə nəzərdə tutulan 1,2 kilometr metrdən 2,07 kilometrədək uzadılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti