...

AXA MBASK sığorta şirkəti yeni ofisə köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2013 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

AXA MBASK sığorta şirkəti Nobel prospekti, 15 ünvanında yerləşən yeni ofisə köçüb. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

İndi şirkətin baş ofisi də, AXA MBASK-ın Bakı Ofisi də Azure Biznes Mərkəzinin 1- ci və 2-ci mərtəbələrində yerləşir.

Sahəsi 1500 kv. metrdən çox olan yeni ikimərtəbəli ofis təkcə şirkətin bütün struktur şöbələrini optimal şəkildə yerləşdirməyə deyil, həm də sığorta iddialarının tənzimlənməsi və polislərin satışı da daxil olmaqla, müştərilərə rahat xidmət şəraiti təklif etməyə imkan verib.

Müştərilərin rahatlığı üçün şirkətin əlaqə telefonları dəyişməyib: (012) 596 55 70, 596 55 71, 596 55 73, 596 55 74.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti