...

"Sazz Internet" yeni dərs ili münasibətilə gənclər üçün xüsusi kampaniya təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 14:37 (UTC +04:00)
Sazz 4G Internet şirkəti yeni tədris ili münasibətilə gənclər üçün xüsusi hədiyyə kampaniyasına başlayıb. Kampaniyada işitirak edən 18-25 yaşlı bütün şəxslərə iki aylıq abunə haqqı qarşılığında Sazz USB modemi hədiyyə oluncaq.
"Sazz Internet" yeni dərs ili münasibətilə gənclər üçün xüsusi kampaniya təşkil edib

"Sazz 4G Internet" şirkəti yeni tədris ili münasibətilə gənclər üçün xüsusi hədiyyə kampaniyasına başlayıb. Kampaniyada işitirak edən 18-25 yaşlı bütün şəxslərə iki aylıq abunə haqqı qarşılığında Sazz USB modemi hədiyyə olunacaq.

Bunun üçün abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını ödəmək kifayətdir. Müqavilə şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdiriləcək və heç bir əlavə sənəd tələb olunmayacaq. Hədiyyə günləri sentyabrın 15-dən 30-dək "Sazz Internet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz satış nöqtələrində keçiriləcək. Şirkətin satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.

Xatırladaq ki, "Sazz Internet" yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda "Sazz Internet" Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda şirkətin əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti