Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Əliyev/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azər-Türk Bank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından (BFB) Trend-ə verilən məlumata görə, emissiyanın həcmi 1 204 410 manat, qiymətli kağızların sayı isə hər birinin nominal dəyəri 1 manat olmaqla 1 204 410 ədəddir.
Hazırda bankın nizamnamə kapitalı 12,24 milyon manat təşkil edir, emissiyanın yerləşdirilməsindən sonra isə 13,44 milyon manata çatacaq.
Səhmin yerləşdirilməsinin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.