...

"TuranBank" metropoliten işçilərinə endirimli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 20:34 (UTC +04:00)
"TuranBank" 8-13 noyabr tarixləri aralığında peşə bayramları münasibətilə Bakı Metropoliteninin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
"TuranBank" metropoliten işçilərinə endirimli istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

"TuranBank" 8-13 noyabr tarixləri aralığında peşə bayramları münasibətilə Bakı Metropoliteninin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Noyabrın 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramıdır.

Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakıda metropolitenin 5 stansiyalıq 1-ci növbəsi istismara verilmişdir. Prezident İlham Əliyevin 2006-cı il oktyabrın 28-də imzaladığı sərəncamla hər il 8 noyabr metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur. TuranBank, metropoliten işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara işlərində uğurlar diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti