...

Azərbaycan Beynəlxalq Bankı ötən il 65 milyon dollara yaxın mənfəət əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2014 14:52 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 21,7% artaraq 2014-ci il yanvarın 1-nə 7,172 mlrd. manata çatıb.
Azərbaycan Beynəlxalq Bankı ötən il 65 milyon dollara yaxın mənfəət əldə edib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 21,7% artaraq 2014-ci il yanvarın 1-nə 7,172 mlrd. manata çatıb. Bu barədə bazar ertəsi Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 30,5% artaraq 2014-cü il yanvarın 1-nə 5,033 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 555,3 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,613 mlrd. manata bərabər olub ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 22,2% çoxdur.

Bankın məcmu kapitalı il ərzində 25,5% artaraq 903,8 mln. manata çatıb. Bankın gəlirləri 474,2 mln. manat təşkil edib. ABB-nin xalis mənfəəti illik müqayisədə 17,3% artaraq, 2014-ci il yanvarın 1-nə 50,91 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 475,04 mln. manata çatdırılıb.

Yanvarın 1-nə ABB-nin 2 484 882 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 690 bankomat və 4951 POS-terminaldan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti