...

Yaponiya konserni İnax-ın fasad üzlükləri artıq Bakıda (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2014 14:21 (UTC +04:00)
Qabaqcıl Yaponiya texnologiyası ilə hazırlanmış və fasad üzlükləri bazarında öz üstünlükləri ilə fərqlənən - Fasad Keramik Plitələri ilə A.Abbasov 12 ünvanında yerləşən İNAX- ECOCARAT salonunda yaxından tanış ola bilərsiniz.
Yaponiya konserni İnax-ın fasad üzlükləri artıq Bakıda (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Qabaqcıl Yaponiya texnologiyası ilə hazırlanmış və fasad üzlükləri bazarında öz üstünlükləri ilə fərqlənən - Fasad Keramik Plitələri ilə A.Abbasov 12 ünvanında yerləşən İNAX- ECOCARAT salonunda yaxından tanış ola bilərsiniz.

Yapon istehsalçısının əsas vəzifələrindən biri ləkələrin yaranmasına qarşı dözümlü olan keramik plitənin hazırlanması olmuşdur. Uzun illər ərzində axtarışların və işlərin nəticəsində müasir üzləmə materialları bazarı yeni məhsul ilə - binanın xarici divarlarının üzlənməsi üçün yüksək texnologiyalı keramika plitəsi ilə - zənginləşmişdir. INAX şirkətinin fasad plitəsi yaşayış binalarının və ictimai binaların daim səliqəli görünüşünü qorumaq imkanını verir. İstənilən fəsildə, istənilən hava şəraitində INAX plitəsi effektiv şəkildə çirklənmələrə davam gətirəcək. Fasadlar üçün dekorativ plitə - yaşayış binalarının və kommersiya binalarının xarici divarlarının üzlənməsi üçün universal yeni materialdır.

INAX fasad plitəsi Sizin biznesinizin nüfuzlu simasıdır. Müxtəlif şirkətlərin ofis binaları və nümayəndəlikləri - işgüzar fəaliyyəti ən yaxşı tərəfdən əks etdirməli olan özünəməxsus vizit kartıdır. Bu səbəbdən biznes mərkəzlərinin üzlənməsi nəinki möhkəm və uzunömürlü olmaqla yanaşı, həmçinin müasir üslub və yaxşı zövq tendensiyalarına uyğun olmalıdır. INAX elit keramika plitəsi yığcam dizayn və qüsursuz üslubun gözəl nümunəsidir. Bu səbəbdən INAX fasad plitəsi ofis və ticarət mərkəzləri üçün üzləmə materialı qismində böyük tələbata malikdir.

Bakteriyalar əleyhinə keramik plitə - uşaq müəssisələrinin təhlükəsizliyidir. Təhlükəsizliyin və nöqsansız təmizliyin təmin olunması - uşaq bağçalarının, poliklinikaların və xəstəxanaların tikintisində əsas prinsipdir. Bu səbəbdən hər bir tikinti materialı uşaq sağlamlığının təhlükəsizliyi məqsədilə irəli sürülən bütün tələblərə uyğunluq üzrə əsaslı şəkildə yoxlanılır. Keramik plitənin bəzi növlərinin tədqiq olunması haqqında məlumatlara əsasən onun ətraf mühitə zərərli təsiri qeyd olunmuşdur. İlk növbədə bu onunla əlaqədar olmuşdur ki, əvvəlki nəsil fasad plitələri nəmi və çirki daxilə buraxırdı, onlar da öz növbəsində tədricən yığılaraq, patogen bakteriyaların yaranmasına səbəb olurdu. Bu səbəbdən INAX keramikasının işlənib hazırlanması zaman şirkətin texnoloqları üzləmə materiallarının təhlükəsizliyinə qarşı müasir tələblərə böyük diqqət yetirmişlər. Beləliklə, keramik plitənin bakteriyalar əleyhinə texnologiyası yaradılmış və yeni dünya standartı qismində təsdiq edilmişdir. İndi Yaponiyanın INAX keramika plitəsi uşaq müəssisələrinin üzlənməsi üçün əminliklə istifadə oluna bilər. Fasadlar üçün dekorativ plitə ətraf mühit və uşaq sağlamlığı üçün tam təhlükəsizdir.

Etibarlı keramik plitə - şəhərkənarı kotteclərin uzunmüddətli üzlənməsidir.

Şəhərkənarı ev - bütün şəhər sakinlərinin arzusudur. İstirahət günlərində məhz bura gəlib, rahatlanmaq, gündəlik işlərdən və qayğılardan uzaqlaşmaq istəyirik. Lakin, divarların keyfiyyətsiz üzlənməsi təcili təmir tələb edirsə, əhval-ruhiyə korlanır və istirahət də pozulur. Bu səbəbdən evin divarlarının üzlənməsi üçün elə keramik plitə seçmək zəruridir ki, sonradan onun təmirinə uzun müddət qayıtmayasınız. INAX fasad plitəsi hal-hazırda ən möhkəm və uzunmüddətli üzləmə materialıdır. Yüksək texnologiyalı keramika plitəsi vasitəsilə xarici işlənmə rütubətin və çirkin hopdurulması üçün davamlıdır, bu səbəbdən də uzun müddət ərzində öz ilkin görünüşünü qoruyur. Yüksək möhkəmlik səviyyəsindən əlavə INAX fasad plitəsi şəhərkənarı ərazinin ümumi üslubu ilə uyğunluq təşkil edir. Əlvan rəng çalarlarına malik elit keramik plitə ətraf təbiət ilə qüsursuz harmoniya təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti