...

Dövlət Gömrük Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 18:01 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitənin sədri, gömrük xidməti general-leytenantı A.Əliyev aprelin 25-də saat 11:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı, Laçın rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti