...

Yolların hərəkət hissəsində avtomobillərin parklanması böyük problemlər yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2014 13:02 (UTC +04:00)
Bakıda avtomobil yollarının hərəkət hissəsində avtomobillərin parklanması yolların təmiri və xətlənməsi işlərinin həyata keçirilməsi zamanı böyük problemlər yaradır.
Yolların hərəkət hissəsində avtomobillərin parklanması böyük problemlər yaradır

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.İsmayılov/

Bakıda avtomobil yollarının hərəkət hissəsində avtomobillərin parklanması yolların təmiri və xətlənməsi işlərinin həyata keçirilməsi zamanı böyük problemlər yaradır. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, avtomobillərin yollarda parklanması tıxacların yaranmasına, eləcə də avtomobil yollarının sürətlə sıradan çıxmasına gətirib çıxarır. Yəni, yolların hərəkət zolaqlarında avtomobillərin dayanması başqa zolaqlara yüklənməni artırır ki, bu da avtomobil yollarının zədələnməsi və dağılmasının başlıca səbəbidir: "Axı avtomobil yollarının əsaslı təmiri onların hərəkət hissəsinin parklanma yerlərinə çevrilməsi üçün aparılmır".

P.Mürsəliyev qeyd edib ki, yolların xətlənməsi də böyük problemdir, çünki hərəkətin intensivliyi ilə bağlı bu işlərin gündüz saatlarında görülməsi çox çətindir, ona görə də xətlənmə gecə saatlarında aparılır. Avtomobillərin yollarda parklanması isə bu işə maneə törədir. Onun sözlərinə görə, misal olaraq, mayın 8-dən 9-na keçən gecə Səməd Vurğun küçəsində "Təzə bazar"dan "Olimpik star" əyləncə mərkəzinədək olan hissənin xətlənməsi işləri zamanı maşınların yollarda parklanması səbəbindən işləri tam yerinə yetirmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti