...

Azərbaycanda bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarına əlavələr rəsmən təsdiqləndi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2014 17:35 (UTC +04:00)
Prezident İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycanda bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarına əlavələr rəsmən təsdiqləndi

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Prezident İlham Əliyev "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, sənəddə qeyd olunur ki, "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a aşağıdakı məzmunda 2.16-cı bənd əlavə edilir:

"2.16. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmur. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına verilən lisenziyada onların saxlanılmasına icazə verildiyi göstərilir.";

1.2. həmin Fərmanla təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə aşağıdakı məzmunda 59‑cu hissə əlavə edilir:

"59.

Qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:

Azərbaycan Respublikasının

Kənd Təsərrüfatı Nazirliyi

59.1.

istehsalı

2000

59.2.

idxalı

1000

59.3.

satışı

500

59.4.

saxlanılması

200"

Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmanın 1.2-ci bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli vəbu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versi tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti