...

Bank VTB (Azərbaycan) korporativ kreditləşdirmə bazarında mövqeyini gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2014 12:28 (UTC +04:00)
İyulun 1-nə Bank VTB-nin (Azərbaycan) kredit portfelinin həcmi 215,985 mln manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini təxminən iki dəfə üstələyib.
Bank VTB (Azərbaycan) korporativ kreditləşdirmə bazarında mövqeyini gücləndirib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyulun 1-nə Bank VTB-nin (Azərbaycan) kredit portfelinin həcmi 215,985 mln manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini təxminən iki dəfə üstələyib. Bu barədə cümə günü bankdan Trend-ə daxil olan məlumatda deyilir.

Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln manata çatıb.

Bankın aktivləri iki dəfə artaraq 229,699 mln manata çatıb. Bankın məcmu kapitalı 47,837 mln manat olub. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln manata çatıb, bu zaman faiz gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23 % olub.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov deyib: "Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir".

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti