...

AZAL regional aeroportlardan beynəlxalq uçuşların qiymətinin daha aşağı olmasının səbəblərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2014 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı ilə müqayisədə regional aeroportlardan beynəlxalq, o cümlədən Rusiya şəhərlərinə aviareyslər üzrə daha aşağı tariflər təyyarələrin aeroport xidmətlərinin xərcinin daha aşağı olması ilə bağlıdır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin sədr müavini Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, tariflərin aşağı olmasının digər səbəbi QSC-nin balansında olan təyyarələrin istismar xərclərinin ölkənin regionlarına uçuşlar həyata keçirən təyyarələrin istismar xərclərindən xeyli yuxarı olmasıdır. Bu, QSC-də istismar olunan təyyarələrin dəyərinin daha yüksək olması ilə əlaqədardır: "Amma biz sağlam rəqabətin təmin edilməsi üçün tariflərin səviyyəsini saxlamağa çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti