...

MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının iclasında "Şimal-Cənub" layihəsinə baxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 11:40 (UTC +04:00)
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsi məsələsi oktyabrın 21-22-də Bakıda keçiriləcək MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclası çərçivəsində müzakirə olunacaq.
MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının iclasında "Şimal-Cənub" layihəsinə baxılacaq

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Emil İsmayılov/

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsi məsələsi oktyabrın 21-22-də Bakıda keçiriləcək MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclası çərçivəsində müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, bu layihəyə mütəmadi olaraq üçtərəfli qaydada, yəni Azərbaycan, Rusiya və İran arasında baxılır və müzakirə olunur, eləcə də müvafiq protokollar imzalanır: "Bu layihəyə Şuranın Bakıdakı iclası zamanı da növbəti dəfə baxılacaq".

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında məqsəd Azərbaycan, Rusiya və İranın nəqliyyat magistrallarının inteqrasiyasıdır. "Şimal-Cənub" dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolu 2015-ci ilin əvvəlində istismara veriləcək. Dəhlizin tikintisinə yatırılan sərmayələrin həcmi 400 milyon dollar təşkil edir.

A.Əsgərovun sözlərinə görə, eləcə də Bakı-Tbilisi-Qars dəmiryol xəttinin yaradılması çərçivəsində işlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti