...

Topshop və Topman bakılı moda həvəskarlarını sevindirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2014 16:14 (UTC +04:00)
Uzun zamandır gözlənilən hadisə baş verdi. Noyabrın 29-da Bakının rəngarəng dəb dünyasına yeni ad qoşuldu. Bütün dünyada tanınan İngiltərənin məşhur Topshop və Topman brendləri Bakıda öz butikinin qapılarını moda həvəskarlarının üzünə açdı.
Topshop və Topman bakılı moda həvəskarlarını sevindirdi (FOTO)

Uzun zamandır gözlənilən hadisə baş verdi. Noyabrın 29-da Bakının rəngarəng dəb dünyasına yeni ad qoşuldu. Bütün dünyada tanınan İngiltərənin məşhur Topshop və Topman brendləri Bakıda öz butikinin qapılarını moda həvəskarlarının üzünə açdı.

Bakıda 780 kvadratmetr bir ərazini əhatə edən mağaza zəngin çeşidlərilə yüksək dəb həvəskarlarını gözləyir. Bu brendlər hazır geyimlər təklif etməklə bərabər özəl sifarişləri də yerinə yetirir. Topshop və Topman mütəmadi şəkildə London Moda Həftəsində öz geyimlərinin defilesini təşkil edir. 1978-ci ildə yaradılmış və dünyanın 20 ölkəsinin 70 şəhərində minlərlə moda həvəskarının seçdiyi Topman özünü Topshop-un kişi geyimləri ekvivalenti kimi təqdim edir.

Hazırda butikdə Topshop Rumours, Uncommon People, Motor Cross kolleksiyalarını təqdim edir. Topman isə North West Coast, Beyond the Pines, Off Beat Artisan kolleksiyası ilə modabazların yolunu gözləyir.

Qeyd edək ki, Topshop 1964-cü ildə Piter Robinsonun yaratdığı Peter Robinson Ltd kimi meydana çıxıb. Topshop-un ilk brend mağazası 1974-cü ildə açılıb. 20 il sonra Londonun ən gediş-gəlişli nöqtələrindən biri olan Oxford Circus-da açılan böyük mağaza bu gün də fəaliyyət göstərir və həftədə 200 min alıcıya xidmət göstərir. Şirkətin Nyu York butiki isə 2009-cu ildə qapılarını alıcıların üzünə açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti