...

Azərbaycan ötən il avtomobil idxalını 40 faiz azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2015 15:00 (UTC +04:00)
2014-cü ildə Azərbaycana 63 368 ədəd avtonəqliyyat vasitəsi idxal edilib.
Azərbaycan ötən il avtomobil idxalını 40 faiz azaldıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Emil İsmayılov/

2014-cü ildə Azərbaycana 63 368 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2013-cü ildə bu rəqəm 104 385 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtomobillərin 57 615 avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ildə bu göstərici 94 879 ədəd təşkil edib.

Bundan başqa, ötən il ölkəyə 5054 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ildə 7823 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti