...

Şahin Mustafayev: "...Bolqarıstan sahibkarları da yararlana bilərlər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 19:05 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şahin Mustafayev: "...Bolqarıstan sahibkarları da yararlana bilərlər"

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişaf etdiyini və əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev qeyri-neft sektorunun prioritet olduğunu diqqətə çatdırıb: "Ölkələrimiz arasında kənd təsərrüfatı, emal, qida sənayesi, turizm və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər".

Azərbaycan şirkətlərinin xarici ölkələrdə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak etdiyini bildirən iqtisadiyyat və sənaye naziri investisiya qoyuluşu imkanlarını da qeyd edib.

Bolqarıstanın iqtisadiyyat naziri B.Lukarski ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb. Bolqarıstanlı nazir ölkələrimiz arasında iqtisadi əlaqələrinin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın iqtisadiyyat və sənaye nazirini, eləcə də iş adamlarını Bolqarıstana dəvət edib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti