...

Azərbaycanın lizinq şirkəti 14 faiz gəlirliliklə istiqrazlar yerləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 20:26 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Finans Lizinq” ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
Azərbaycanın lizinq şirkəti 14 faiz gəlirliliklə istiqrazlar yerləşdirir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Finans Lizinq" ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiyanın məbləği 600 min dollar, yerləşdiriləcək istiqrazların sayı 1200 ədəd, bir istiqrazın nominal dəyəri 500 dollar, istiqraz üzrə faiz dərəcəsi 14 faiz, tədavül müddəti 720 gündür.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti