...

Füsunkar və məftunedici: “Rolls-Royce Starlight Headliner” (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2015 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Füsunkar və məftunedici: "Rolls-Royce Starlight Headliner"

"Rolls-Royce Motor Cars" şirkəti başlanğıcını 1900-cü illərdən götürmüş zəngin tarixə malik ən dəbdəbəli avtomobil istehsalçısı kimi bütün dünyada tanınır. Birinci dərəcəli mütərəqqi texnologiyalar və mühəndis ustalığını əbədi müasir dizaynla uyğunlaşdıran ultra-lüks dərəcəli avtomobil markası dəbdəbəyə qiymət verən şəxslərə qabaqcıl avtomobil təcrübəsini fərdiləşdirmənin geniş imkanları ilə təklif etməsinə görə şöhrət qazanıb.

"Rolls-Royce"un ən tələbkar müştərilərini belə heyrətləndirən imkanlardan biri avtomobilin tavanına olan "Starlight Headliner" adlı unikal və dəbli əlavədir. İlk dəfə 2007-ci ildə "Phantom Coupe" modelində təqdim olunan bu funksiya aydın gecə səmasında parlayan ulduzları əks etdirir və sərnişinlərə dəbdəbəli avtomobildə keçirdikləri zaman ərzində ilhamlandırıcı təəssüratlar bəxş edir.

Gecə səmasının illüziyasını yaratmaq üçün "Rolls-Royce"un evi sayılan Qudvudda (İngiltərə) dəri emalı üzrə mütəxəssislər tavanın işlənməsi üçün olan dərini əl ilə dələrək səliqə ilə optik-lifli kabelləri keçirməklə alınmış dəliklərdən ulduzların görünməsini təmin edirlər.
1 600-dək ulduzun yerləşdirilməsi imkanından faydalanmaqla "Rolls-Royce" müştəriləri "Starlight Headliner" dizaynını fərdiləşdirə bilərlər. İstəklərinə uyğun olaraq onlar sevdikləri insanların adlarının baş hərflərini, ailə nişanını, sevimli bürclərini və ya sadəcə "Rolls-Royce" emblemini tavanda əks etdirə bilərlər, belə ki, imkanlar hədsizdir. Dəri səthinin altında yerləşən tel şəbəkəsi səliqə ilə yığılıb və sahmana salınıb. Bunun nəticəsi olaraq son məhsul gözəl olduğu qədər nöqsansızdır.

Dünyanın ən dəbdəbəli avtomobilinə zövqlü bir əlavə olan ulduzlu səma görünüşünü dəyişməklə sərnişinin əhval-ruhiyyəsini əks etdirə bilir. "Starlight Headliner" sayəsində avtomobilin salonunda mütaliə etmək, dincəlmək və ya sadəcə romantik ab-havadan zövq almaq olar.

Təklif olunan funksiya 2013-cü ildə yaradılmış unikal və eksklüziv "Bespoke Phantom Celestial" modelində ən yaxşı formada təcəssüm olunub. Şah əsər sayılan bu avtomobil "Rolls-Royce"un "BMW Group" rəhbərliyi altında müasir fəaliyyətinin tarixi anını ifadə edir: ilk "Phantom" avtomobilinin sahibinə təhvil verilməsi 1 yanvar 2003-cü ildə baş verib. Avtomobilə əyləşən sərnişinlər ulduzların məhz həmin tarixi gecədə səmadakı düzülüşünün eynisini "Rolls-Royce" modelinin tavanında gördülər.

"Bespoke Suhail" - "Rolls-Royce Motor Cars"ın Əbu-Dabi və Əl-Ayndakı yeganə avtorizə edilmiş dileri olan "Abu Dhabi Motors" tərəfindən hazırlanmış unikal kolleksiya hər bir "Rolls-Royce"un özəl tarixçəyə sahib olmasının daha bir sübutudur. Modelin yaradılmasının ilham mənbəyi tarixi ərəb astronomu İbn əl Həysam olub. Sözügedən modelin "Starlight Headliner" tavanı məhz İbn əl Həysam tərəfindən kəşf edilmiş Yelkən bürcünü əks etdirir.

"Rolls-Royce" şirkətinin qərargahına göndərilən "Starlight Headliner" fərdiləşdirmə əlavəsi ilə bağlı çoxsaylı sorğular arasında gecə səmasında müşahidə oluna bilən və müştərilər üçün xüsusi önəm kəsb edən astroloji nişanlar və ya bürclər geniş yer tutur.

Füsunkar və unikal "Starlight Headliner" funksiyası Qudvuddan olan dəbdəbəli avtomobil istehsalçısının fərdiləşdirmə proqramının təklif etdiyi geniş imkanların daha bir əyani nümunəsidir. "Rolls-Royce Bespoke" müştərilərin ən çətin tələblərini qarşılamağı məqsəd olaraq seçməklə hər dəfə daha da yüksək səviyyəli sənətkarlıq nümunələri təqdim edir.

"Improtex Motors" haqqında:

"Improtex" Şirkətlər Qrupunun tərkib hissəsindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce", "MINI", "Alpina" və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən "Improtex Motors", Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti