...

Dərman vasitələri bazarına nəzarət gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2015 16:18 (UTC +04:00)
Dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi istiqamətində növbəti addım atılıb.
Dərman vasitələri bazarına nəzarət gücləndirilir

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi istiqamətində növbəti addım atılıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb.

Belə ki, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.

Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti