...

Azərbaycan və Meksika ticarət və turizm əlaqələrini genişləndirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Meksika ticarət və turizm sahələrində ikitərəfli əlaqələri müzakirə ediblər. Bu barədə Trend Meksikanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Müzakirələr Meksika İqtidadiyyat Nazirliyinin PROMEXICO Ticarət-İnvestisiya Agentliyinin İstanbuldakı nümayəndəliyinin rəhbəri Xorxe Alberto Abaskalın Azərbaycana səfəri zamanı aparılıb.

Səfər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəvəti üzrə baş tutub.

Tərəflər görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artımı üçün potensialın olduğunu qeyd ediblər. Meksikanın Azərbaycanda səfirliyinin açılmasının buna yardım edəcəyinə dair əminlik ifadə olunub.

2014-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 2 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti